Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2023 12:20
Rusiyalı model Anastasiya Reşetova il yarım əvvəl müsəlman olduğunu etiraf edib. Və ötən gün şəxsi telegram-kanalında çoxarvadlılığa münasibətini bildirib.
Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, modelin fikrincə, qadınların üstünlük təşkil etdiyi bir şəraitdə çoxarvadlılıq ideyasının özü nəcibdir.
"Qaydalara görə, ikinci və sonrakı nikahlara şərtlərlə riayət edilməlidir. Bu, məhrum qadın, bəlkə də qucağında uşağı olan dul qadın olmalıdır. Ər bütün arvadlara ayrıca ev verməli və onları tam təmin etməlidir", - deyə Anastasiya izah edir.
Bununla belə, Reşetova vurğulayır ki, "özü də ikinci arvad olmaq və ya üzərinə ikinci arvad alınacağı düşüncəsi ilə yaşamaq istəməzdi".
Eyni zamanda rus qadın bir çox müsəlman kişilərin qaydalara və adətlərə etinasız yanaşdığını, sadəcə əylənmək üçün arvad aldığını inkar etmir. Model həm də ironik şəkildə qeyd edir ki, kişinin bir neçə arvadının olması ailədə müəyyən dərəcədə xəyanətdən, zinadan çəkinməyə kömək edir.