Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rus əsgərləri qatarda üsyan qaldırdı

Rus əsgərləri qatarda üsyan qaldırdı

Tarix: 17 Yanvar 2023 13:02

Rusiyada 200-ə yaxın əsgər Ukraynaya gedən qatarda üsyan qaldırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayılıb.

"Hadisə yanvarın 13-də baş verib. Lipetsk vilayətinin Ulusarka stansiyasında dörd vaqondan ibarət qatar saxlanılıb. Əsgərlər bildiriblər ki, yolda az qala donublar, qatar heç bir şəkildə qızdırılmayıb. Bu səbəbdən hərbçilər qatarda getməkdən imtina ediblər. Qatarda qazanı işə salmaq üçün dörd ton kömür, həmçinin su tələb olunub. Əsgərləri sakitləşdirmək üçün hadisə yerinə polis çağırılıb", - məlumatda deyilib.

Milli.Az


Etiketlər:  Rus əsgərləri qatarda üsyan qaldırdı


RƏYLƏR