Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mark Entoni 4-cü dəfə evlənir

Mark Entoni 4-cü dəfə evlənir

Tarix: 17 Yanvar 2023 16:55

Müğənni Mark Entoni "Kainat gözəli- 2021" Nadia Ferreyra ilə evlənir.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə Ferreyra instaqramda məlumat yayıb, üzük ilə şəklini paylaşıb. Cütlük qısa müddət əvvəl nişanlanıblar. 

Qeyd edək ki, Ferreira ilə münasibətindən əvvəl Mark Entoni üç dəfə evlənib.

O, 2000-ci ildə keçmiş "Miss Universe" Dayanara Torres ilə ailə qurub. Onun bu evlilikdən iki övladı var: Kristian Entoni Muniz və Rayan Entoni Muniz. 2002-ci ildə cütlük ayrılıb. 2004-cü ildə Entoni aktrisa və müğənni Cennifer Lopezlə nikah bağlayıb. 2008-ci ildə onlar əkizlərin valideynləri oldular: Emma və Maksimilian. 2011-ci ildə məşhurlar boşanıblar. Mark Entoni 2014-2016-cı illərdə Şennon De Lima ilə evli olub, yollarını ayırıb.

Milli.Az


Etiketlər:  Mark Entoni 4 dəfə evlənir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ