Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2023 17:40
Rusiyanın Yakutiya vilayətindəki Tonqulax dağlıq rayonunda şaxtalar 30 illik rekordu qırıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Yakutiya hidrometeorologiya və ətraf mühitin monitorinqi şöbəsinin rəis müavini Tatyana Marşalik məlumat verib.
Belə ki, bazar ertəsi havanın temperaturu mənfi 62,4°C olub. Əvvəlki rekord isə 61,8°C olmaqla 1993-cü ildə qeydə alınıb.
Meteoroloq qeyd edib ki, 2023-cü ilin əvvəlindən Yakutiyada Olenekski adlanan ərazidə də mənfi 62°C temperatur müşahidə edilib.