Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropada benzini kim neçəyə alır? - QİYMƏTLƏR - FOTO

Avropada benzini kim neçəyə alır? - QİYMƏTLƏR - FOTO

Tarix: 18 Yanvar 2023 06:14

"Forummapping" cari ilin yanvarın 9-na Avropa ölkələrində benzinin qiyməti ilə bağlı infoqrafika hazırlayıb. Məlum olub ki, ən ucuz benzin Rusiya və Belarusdadır. Bu ölkələrdə benzinin bir litrinin qiyməti müvafiq olaraq 0,71 və 0,91 dollardır (təqribən 1,20 - 1,54 manat).

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Türkiyə və Moldovada qiymətlər artıq 1 dolları keçir: 1,03 və 1,24 (1,75 - 2,10 manat).

Ukrayna, Rumıniya, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina, Sloveniya və Kiprdə benzinin bir litrinin qiyməti 1,31-1,47 dollar (2,22 - 2,49 manat) arası dəyişir.

Estoniya, Latviya, Litva, Polşa, Çexiya, Slovakiya, Avstriya, Macarıstan, Xorvatiya, Serbiya, Albaniya, Monteneqro, Lüksemburq, İrlandiya, İspaniyada benzinin litri 1,50 -1,72 dollar (2,55 - 2,92 manat) dəyərindədir.

Böyük Britaniya, İsveç, Portuqaliya, Estoniya, Fransa, Belçika, Niderland, Almaniya, İsveçrə, İtaliya, Yunanıstanda bu göstərici 1,78 -1,99 dollardır (3,02 - 3,38 manat).

İslandiya, Norveç, Finlandiya, Danimarkada isə qiymətlər 2,02-2,23 dollar (3,43 - 3,79 manat) arasında dəyişir.

Milli.Az


Etiketlər:  Avropada benzini kim neçəyə alır QİYMƏTLƏR FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ