Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranlı idmançı tənqidi paylaşımına görə həbs edildi - FOTO

İranlı idmançı tənqidi paylaşımına görə həbs edildi - FOTO

Tarix: 18 Yanvar 2023 14:16

İranlı idmançı tənqidi paylaşımına görə həbs edilib.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.

Bildirilib ki, Molla Respublikasının Məhkəmə Hakimiyyəti İranın voleybol üzrə milli yığmasının keçmiş oyunçusu Fərhad Zərifin tənqidi paylaşım etməsini cinayət hesab edərək onun həbsinə qərar qərar verib.

Fərhad Zərif İslam Peyğəmbərinin qızı Həzrət Fatimənin (s) doğum gününün Analar Günü adlandırılmasını tənqid edib və həmin günün uşaq evliliklərinə qarşı mübarizə günü kimi qeyd olunmalı olduğu haqda sosial media hesabında paylaşım edib.

Milli.Az


Etiketlər:  İranlı idmançı tənqidi paylaşımına görə həbs edildi FOTO


RƏYLƏR