Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadının əlindən telefonu alaraq tunelə tullandı - VİDEO

Qadının əlindən telefonu alaraq tunelə tullandı - VİDEO

Tarix: 18 Yanvar 2023 19:10

Telefon oğurluğu az qala kişinin həyatı bahasına başa gələcəkdi. Bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qorxunc hadisə Moskvanın "Kurskaya" metrosunda baş verib.

Videodan görünür ki, sərnişinlərdən birinin əlindən telefonu alaraq qaçmağa başlayan kişi tunelə tullanıb.

Məlumata görə, həmin vaxt stansiyaya yaxınlaşan qatarın maşinisti əyləci basmağa müvəffəq olur və oğruya kabinəyə minməyi təklif edib.

Növbəti stansiyada polislər kişini həbs ediblər.

Milli.Az


Etiketlər:  Qadının əlindən telefonu alaraq tunelə tullandı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ