Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2023 20:20
Sabah PSJ və "Əl Hilal" və "Əl Nəsr" ulduzlarının görüşünü izləmək üçün bir azarkeş 2,6 milyon dollara bilet alıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının daşınmaz əmlak maqnatı Müşref əl-Qəmdi bu biletə hərracda sahib olub.
Bileti satan adam isə həmin məbləği "Ehsan" adlı xeyriyyə cəmiyyətinə bağışlayacağını bildirib.
Alınan bilet matçı VIP zonadan izləmək, mükafatlandırma mərasimində iştirak etmək, komandaların paltardəyişmə otaqlarına getmək və oyunçularla söhbət etmək hüququ verir.
Qeyd edək ki, matç sabah saat 21:00-da başlayacaq. Kriştianu Ronaldu və Messinin üz-üzə gələcəyi görüşə maraq həddən artıq böyükdür.