Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2023 23:22
Çərşənbə günü Braziliyanın Rio-de-Janeyro Beynəlxalq Hava Limanının yük terminalında güclü yanğın baş verib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə şəhərin operativ qərargahı məlumat yayıb.
Sosial mediada paylaşılan görüntülərdə hava limanı ərazisindəki binadan qatı qara tüstünün qalxdığı görünür. Yanğının söndürülməsi üçün hadisə yerinə 9 yanğınsöndürmə bölməsinin avtomobilləri və mütəxəssisləri göndərilib. Həlak olanlar və yaralananlar barədə hələlik məlumat yoxdur.
Aeroport normal rejimdə işləyir. Hadisə uçuşların təxirə salınması və ya ləğvi ilə nəticələnməyib.