Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2023 23:33
Azərbaycanın davamlı şəhər planlaşdırılması sahəsində çox yaxşı nəticələri var və bu istiqamətdə fəaliyyətini davam etdirir.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif Davosda Prezident İlham Əliyevlə görüşdə bildirib.
O qeyd edib ki, Azərbaycanın şəhər planlaşdırılması sahəsində təcrübəsi dünya ölkələri üçün də maraqlıdır.
Xanım Maimuna Mohd Şərif Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb və BMT-nin Məskunlaşma Proqramının fəaliyyətinə verdiyi dəstəyə görə ölkəmizə təşəkkürünü bildirib. O, həmçinin hazırda Azərbaycanın UN-HABITAT-a könüllü maliyyə ianələrinə görə dünya ölkələri arasında aparıcı dövlət olduğunu deyib.