Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlarda diqqət dağınıqlığı

Uşaqlarda diqqət dağınıqlığı

Tarix: 19 Yanvar 2023 07:03

Diqqət pozğunluğu əksər hallarda uşaqlarda görünən patoloji əlamətdir. Diqqət pozğunluğu olan uşaqlar adətən ətrafa qaynayıb-qarışa bilməyən, fikri özündə olmayan və savadı var, amma ondan istifadə etməyən biri kimi təqdim edilir. Ən pisi də valideyinlərinin diqqət pozğunluğuna tibbi cəhətdən məhəl qoymamalarıdır.

Diqqət dağınıqlığı olan uşaqlar diqqətlərini bir yerə toplaya bilmir və bunu müxtəlif bəhanələrlə əsaslandırırlar.

Diqqət pozğunluqlarının əlamətləri nələrdir?

İncəlikləri gözdən qaçırma

Diqqət pozğunluğundan əziyyət çəkən uşaqlar gördükləri bir çox detalları yaddaşlarında saxlaya bilmirlər. Onlar gördükləri işdə olan qüsurları görmürlər. Belə uşaqlar ən sadə riyazi məsələləri həll edərkən belə çətinlik çəkirlər. Diqqət dağınıqlığı olan uşaqlar baxdıqları kinonun və ya oxuduqları kitabın bütün detallarını xatırlamırlar.

Dərslərə diqqət verə bilməmək

Diqqət dağınıqlığı olan uşaqlar imtahanlara lazım olan qədər hazırlaşa bilmirlər. Onlar riyazı dərslərdə yaşıdlarından geri qalırlar. Belə uşaqlar gördükləri işi ləng həyata keçirirlər.

Onunla danışdıqda diqqətlə qulaq asmırlar

Diqqət pozğunluğu olan uşaqlar onunla söhbət edən adama diqətlə qulaq asmır və gözünü ondan çəkməyə çalışırlar. Belə uşaqlar elə bil "xəyal aləmində" olurlar. Onlar ətrafda " fikri başqa yerdə olan adam" kimi tanınırlar. Bəzən belə uşaqları adı ilə çağırdıqda onlar gec cavab verir.

Gördüyü işi tamamlamama

Diqqət dağınıqlığından əziyyət çəkən uşaqlar ona tapşırılan işi axıra çatdıra bilmirlər və ya çətinlik çəkirlər. Onlar gördükləri işi qüsursuz yerinə yetirə bilmirlər.

Dağınıqlıq

Diqqət pozğunluğundan əziyyət çəkən uşaqların otaqları, çantaları və masalarının üstü daima dağınıq olur. Onlar adətən getdikləri yerə gecikir və tapşırıqlarını vaxtında yerinə yetirmirlər.

Əşyaları itirmə

Diqqət pozğunluğu olan uşaqlar qoyduqları əşyaların yerini xatırlamaqda çətinlik çəkirlər. Onlar hətta hər gün istifadə etdikləri geyimlərinin, kitablarının yerini yada salmaqda çətinlik çəkirlər.

Yaddaşsızlıq

Diqqət dağınıqlığı olan uşaqlar evdən məktəbə, məktəbdən evə gələrkən bir və ya bir neçə əşyasını orada unudur.
Belə uşaqların diqqəti tez dağılır. Yoldan gələn maşın, musiqi və ya uşaq səsi onların fikirlərini asanlıqla yayındıra bilir.
Diqqət pozğunluqlarına böyüklərdə də rast gəlmək mümkündür. Bu əgər uşaqlıq yaşlarından qalma qüsur deyilsə, o zaman müəyyən xəstəliklərin əlaməti kimi meydana çıxır. Mütəxəssislər hər iki halda xəstələrin həkimə müraciət etmələrini tövsiyə edir.


Etiketlər:  Uşaqlarda diqqət dağınıqlığı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ