Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

VAR sistemi ilə bağlı tarixi qərar qəbul edildi

VAR sistemi ilə bağlı tarixi qərar qəbul edildi

Tarix: 19 Yanvar 2023 07:36

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) video-köməkçi hakim (VAR) sistemi ilə bağlı tarixi qərar qəbul edib.

VAR otağında əyləşən hakimlər futbol matçlarında mübahisəli epizodları yenidən izlədikdən sonra müvafiq qərarları tribunadakı azarkeşlərə və yayım hüququna sahib telekanallara mikrofon vasitəsilə açıqlayacaqlar.

Referilərin VAR hakimləri ilə danışığı isə əvvəlki kimi məxfi saxlanılacaq.

Yenilik ilk dəfə bu ilin fevralında Mərakeşdə keçiriləcək klublararası dünya çempionatında tətbiq olunacaq. Bunun qadınlar arasında mundialda da sınaqdan keçirilməsi planlaşdırılır.

IFAB oyunlar zamanı itirilmiş vaxtı kompensiyaya etmək üçün basketboldakı qaydanın (vaxtın dayandırılması) tətbiqinə isə qarşı çıxıb.

Milli.Az


Etiketlər:  VAR sistemi ilə bağlı tarixi qərar qəbul edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ