Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2023 12:04
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın müttəfiqlərinə xəbərdarlıq edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Medvedevin sözlərinə görə, adi müharibədə nüvə nəhənginin məğlubiyyəti nüvə müharibəsinə səbəb ola bilər.
"Yanvarın 20-də ABŞ-ın Ramşteyn bazasında Ukraynaya dəstək verən ölkələrin müdafiə nazirlərinin görüşü baş tutacaq. Onlar Kiyevə yeni silah tədarükü məsələsini həll edəcəklər", - deyə rusiyalı siyasətçi "Telegram" kanalında yazıb.
Medvedevin sözlərinə görə, nüvə dövlətləri talelərinin asılı olduğu böyük münaqişələri uduzmayıblar.