Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İndi necə deyim ki, cənnət anaların ayaqları altındadır?"

Tarix: 19 Yanvar 2023 14:50

Aparıcı-prodüser Tarix Əliyev "Ümid ilə gəl" verilişində (Tolik) bu gün sellofan torbaya qoyularaq küçəyə atılan uşağın ölümündən danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı körpənin anasını tənqid edərək ona ağır cəza verilməsini istəyib:

"Bu günlərdə analıq hissinə yad olan şeylərlə rastlaşırıq. Bu şəkildən sonra dəhşətə gəldim. Bir ana qışın oğlan çağında uşağı sellofanın içində yol kənarına qoyub necə gedər bilərmiş? Mən bu şeydən sonra indi necə deyim ki, cənnət anaların ayaqları altındadır. Hər uşaq dünyaya gətirənə ana demək olmaz. Bu övladı Allah nəsib edibsə, ona baxa bilmirsinizsə, aparın polis bölməsinin qarşısına qoyun. İt öz balasını soyuqda qoynuna alır ki, şaxtada donmasın. Siz necə anasınız? belə analıq edənlər edam olunmalıdır. Bəlkə də bu uşaq böyüyüb vətənə xeyirli övlad olardı. Heç olmasa, gətirib mənim qapıma qoyardın, onu yaşadardım. Ay analıq adına ləkə olan qadın, heç olmasa, ədyala bükərdin". 

Qeyd edək ki, bu gün Masazırda sellofan torbaya qoyularaq yolun kənarına atılan körpə meyiti tapılıb.

Milli.Az


Etiketlər:  İndi necə deyim ki cənnət anaların ayaqları altındadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ