Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Repetitorlar hazırlıq qiymətlərini artırıblar - ARAŞDIRMA - VİDEO

Repetitorlar hazırlıq qiymətlərini artırıblar - ARAŞDIRMA - VİDEO

Tarix: 19 Yanvar 2023 17:46

Azərbaycanda repetitor hazırlığı üçün aylıq ödənişlər yüksəkdir.   

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bunu övladlarını hazırlığa göndərən valideynlər deyirlər.

Valideynlərin sözlərinə görə, onlar repetitor hazırlığına aylıq 300-500 manat arasında vəsait xərcləyirlər ki, bu da yüksək məbləğdir.

"Xəbər Ertəsi"nin araşdırmasına görə, Bakıda bir fənn üzrə repetitor hazırlığı saatından asılı olaraq 60-70 manatdan başlayır. Amma fizika, riyaziyyat və kimya fənləri üzrə hazırlıq qiymətləri isə 80-100 manatdan başlayır. Bəzi hallarda isə bu rəqəm 150 manata kimi artır. Rayonlarda isə bu rəqəm 25-50 manat arasındadır. Repetitor hazırlığı ilə məşğul olan müəllimlər və ekspertlər qiymətlərin yüksək olmasını təsdiqləyir və onlar bunu müxtəlif amillərlə əlaqələndirirlər. 

"Xəbər Ertəsi"nin mövzu ilə bağlı daha ətraflı reportajını təqdim edirik:

Milli.Az


Etiketlər:  Repetitorlar hazırlıq qiymətlərini artırıblar ARAŞDIRMA VİDEO


RƏYLƏR