Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Twitter”in məşhur loqosu 100 min dollara satıldı

“Twitter”in məşhur loqosu 100 min dollara satıldı

Tarix: 19 Yanvar 2023 22:30

"Twitter"in məşhur loqosu olan mavi quş şirkət sahibi İlon Maskın təşkil etdiyi hərracda 100 min dollara satılıb.

Mask "Twitter"in San-Fransiskodakı baş qərargahında şirkətin gəlirinin bir il ərzində 40 faiz azalmasına görə, vəsait toplamaq üçün əşyaların meqa satışını təşkil edib.

""Twitter"in korporativ ofis aktivləri" onlayn hərracında İlon Mask mebel, bəzək əşyaları, mətbəx avadanlığı hərraca çıxarıb. 27 saat davam edən hərrac zamanı espresso aparatları, stollar, televizorlar da daxil olmaqla 631 əşya satılıb. Onların arasında ilkin qiyməti cəmi 25 dollar olmaqla hərraca çıxarılsa da, mavi quş heykəli ən bahalısı olub.

Hərrac "Twitter"in gəlirinin ötən illə müqayisədə 40 faiz azaldığı və İlon Maskın oktyabr ayında "Twitter"i 44 milyard dollara satın almasından sonra 500-dən çox reklamçının şirkətlə əməkdaşlığı dayandırdığı bir vaxtda keçirilir.

Qeyd edək ki, Mask dekabr ayında şirkətin aktivlərini satışa çıxaracağını və qərargahını köhnə əşyalardan təmizləmək istədiyini açıqlamışdı.

Milli.Az


Etiketlər:  Twitterin məşhur loqosu 100 min dollara satıldı


RƏYLƏR