Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yasamalda 4-5 yaşlı uşağın motosiklet sürdüyü görüntülər araşdırılır - VİDEO

Yasamalda 4-5 yaşlı uşağın motosiklet sürdüyü görüntülər araşdırılır - VİDEO

Tarix: 20 Yanvar 2023 03:46

Sosial şəbəkələrdə Bakıda azyaşlının motosiklet sürməsi ilə bağlı görüntülər yayılıb.

Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, görüntülərin Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsində lentə alındığı bildirilir.

Görüntülərdə 4-5 yaşlı uşağın hərəkətdə olan maşınların arasında motosiklet sürdüyü görünür.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, görüntülərə polis öz səlahiyyəti çərçivəsində hüquqi qiymət verəcək:

"Bu kimi hadisələrdə uşağın valideynləri günahkardır. Bu mənzərə nə məntiqə, nə də şüura sığan hərəkətdir. Bəzən elə hadisələrin şahidi olursan ki, şərh verməyə çətinlik çəkirsən".


Etiketlər:  Yasamalda yaşlı uşağın motosiklet sürdüyü görüntülər araşdırılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ