Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş nazir maşında kəmər taxmadığı üçün qınaq hədəfi olub

Baş nazir maşında kəmər taxmadığı üçün qınaq hədəfi olub

Tarix: 20 Yanvar 2023 07:42

Britaniya Baş naziri maşında kəmər taxmadığı üçün qınaq hədəfinə çevirilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, aş nazir Rişi Sunakın "Instagram" hesabından paylaşdığı bir videoda maşının arxa oturacağında oturarkən təhlükəsizlik kəməri taxmadığı görülür. Görüntü yayılandan sonra polis məsələ ilə bağlı araşdırma aparıb.

"Downing Street"in sözçüsü açıqlama verərək bunun qısa bir mühakimə səhvi olduğunu etiraf edib: "Baş nazir kiçik bir video çəkmək üçün təhlükəsizlik kəmərini çıxardı. O, bunun səhv olduğunu tamamilə qəbul edir və buna görə üzr istəyir. Baş nazir hesab edir ki, hər kəs təhlükəsizlik kəməri taxmalıdır",- deyə açıqlamada qeyd olunub.

Böyük Britaniya qanunlarına görə, tibbi cəhətdən heç bir problemi olmayan şəxs avtomobilin arxa oturacağında da təhlükəsizlik kəməri taxmalıdırlar.

Əks təqdirdə bunun £500 funt sterlinqə qədər cəriməsi var.


Etiketlər:  Baş nazir maşında kəmər taxmadığı üçün qınaq hədəfi olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ