Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2023 07:57
Özümü bir tərəfdən Axısxa türkləri, digər tərəfdən Can Azərbaycana xidmət etmək üçün 20 ildir səfərbər etmişəm.
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-dakı türk icması və fəalları ilə görüşündə deyib.
"20 illik siyasi həyatımda ölkəmə, millətimə xidmət etmək mənim üçün bir şərəfdir", - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
Mövlud Çavuşoğlu Axısxa türklərinin hələ keçmiş SSRİ dövründə, o cümlədən imperiyanın sabiq rəhbəri İosif Stalinin hakimiyyətdə olduğu illərdə doğma yurdlarından didərgin salındıqlarını xatırladıb. Türkiyənin xarici işlər naziri qeyd edib ki, Axısxa türkləri Azərbaycan və digər türkdilli ölkələrdə məskunlaşıblar.