Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2023 12:44
Britaniya Baş naziri maşında kəmər taxmadığı üçün qınaq hədəfinə çevirilib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, baş nazir Rişi Sunakın "Instagram" hesabından paylaşdığı bir videoda maşının arxa oturacağında oturarkən təhlükəsizlik kəməri taxmadığı görülür.
"Downing Street"in sözçüsü açıqlama verərək bunun qısa bir mühakimə səhvi olduğunu etiraf edib:
"Baş nazir kiçik bir video çəkmək üçün təhlükəsizlik kəmərini çıxardı. O, bunun səhv olduğunu tamamilə qəbul edir və buna görə üzr istəyir. Baş nazir hesab edir ki, hər kəs təhlükəsizlik kəməri taxmalıdır",- deyə açıqlamada qeyd olunub.
Böyük Britaniya qanunlarına görə, tibbi cəhətdən heç bir problemi olmayan şəxs avtomobilin arxa oturacağında da təhlükəsizlik kəməri taxmalıdırlar.
Əks təqdirdə bunun £500 funt sterlinqə qədər cəriməsi var.