Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2023 17:52
ABŞ və digər NATO ölkələri dinc şəhərlərə hücum etmək və ərazilərimizi ələ keçirməyə çalışmaq məqsədi ilə Ukraynaya hücum silahları göndərsələr, Rusiya daha güclü silahlarla cavab verəcək.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
Onun sözlərinə görə, Vaşinqton və Brüssel öz hərəkətləri ilə dəhşətli müharibəyə təhrik edir:
"Rusiya silahlarının texnoloji üstünlüyünü nəzərə alaraq, xarici siyasətçilər başa düşməlidirlər ki, bu onların ölkələrini məhv edəcək qlobal faciə ilə nəticələnə bilər".