Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Əqrəb mövsümü”nün büdcəsi açıqlandı

“Əqrəb mövsümü”nün büdcəsi açıqlandı

Tarix: 23 Yanvar 2023 10:15

Son günlər sosial şəbəkədə müzakirə olunan və bəyənilən İTV-nin "Əqrəb mövsümü" serialının büdcəsi açıqlanıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə Nura Suri feysbukda paylaşım edib.

"Qohumum, tanışım və ya dostum deyil. "Əqrəb mövsümü" serialının büdcəsindən bəziləri elə ağız dolusu yazıblar ki, elə bil xaricdəki kimi milyonlar xərclənib. 12 bölümlük serialın ümumi büdcəsi 180 min manatdır. (bildiyimə görə)

Xaricdə aktyor bu pula heç yerindən durmaz. Adam "Pərdə" filmini çəkəndə büdcəsi var idi? Hamı serialdan yazdığından daha çox yazırdı "Pərdə" filmi haqda. Nə isə... Sizi qane etmək olmur. Adam istedaddır, qədrini bilin. Milyonluq büdcəli işlər verin yaratsın", - deyə, Suri bildirib.

Qeyd edək ki, çox seriyalı bədii film yazıçı Ceyhun Hidayətlinin "Əqrəb" romanının motivləri əsasında Azər Aydəmir tərəfindən ssenariləşdirilib. Film "Pərdə" trilogiyasının yaradıcıları tərəfindən səhnələşdirilir və rejissoru Emil Quliyevdir. "Əqrəb Mövsümü" dram, triller, detektiv janrındadır.

Milli.Az


Etiketlər:  Əqrəb mövsümünün büdcəsi açıqlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ