Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2023 10:56
ABŞ-nin Florida ştatının Dayton Biç şəhərində qadın sağalmaz xəstə ərinə onu güllələyəcəyini, sonra isə intihar edəcəyini vəd edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, insident yerli xəstəxanaların birində yaşanıb.
Xəstəxana işçiləri hadisə yerinə polis çağırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsi silahını aşağı salmağa razı sala biliblər və onu nəzarətə götürüblər.
Qadın ərinin səhhətində yaranan problemlərə görə təxminən 3 həftə əvvəl aralarında söhbət olduğunu bildirib. Söhbət əsnasında belə qərara gəliblər ki, əgər kişinin vəziyyəti pisləşməkdə davam edərsə, o zaman arvadı onu öldürəcək.
Polisin məlumatına görə, hadisə nəticəsində xəstələrdən və xəstəxana işçilərindən heç biri xəsarət almayıb.