Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Niderland millisinin yeni baş məşqçisi təsdiqlənib

Niderland millisinin yeni baş məşqçisi təsdiqlənib

Tarix: 23 Yanvar 2023 23:20

Ronald Kuman Niderland millisinin yeni baş məşqçisi kimi təsdiqlənib.

Milli.Az "report"a istinadən bildirir ki, 60 yaşlı mütəxəssis komandada fəaliyyətə başlayıb.

Yenidən yığmanın "sükanı arxasına" keçən Kumanla 2026-cı ilədək müqavilə imzalanıb. Bu postda Lui Van Qalı əvəzləyən niderlandlı məşqçi ilk mətbuat konfransında hədəflərinin Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq və orada uğur əldə etmək olduğunu bildirib.

Qeyd edək ki, Ronald Kuman 2018-2020-ci illərdə Niderland yığmasına rəhbərlik edib.

Milli.Az


Etiketlər:  Niderland millisinin yeni baş məşqçisi təsdiqlənib


RƏYLƏR