Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2023 03:22
ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi ərinə sui-qəsddən sonra keşişləri San-Fransiskodakı evinə "cin çıxarma" mərasiminə dəvət edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun qızı Aleksandra Pelosi "The New York Times" qəzetinə məlumat verib.
"Şükran Günündə evdən şeytan çıxaran və dualar oxuyan keşişlər onun yanına gəlib", - deyən eks-spikerin qızı, baş verənlərdən sonra siyasətçinin özünü günahkar hiss etdiyini və bu h adisənin "onu sındırdığını" söyləyib.
Nensi Pelosi özü ərinin hücuma məruz qalacağını gözləmədiyini deyib. Onun sözlərinə görə, insidentdən sonra onun normal həyata qayıtması üçün üç-dörd ay lazım olacaq.
Hadisə 2022-ci il oktyabrın 28-də səhər saatlarında baş verib. Hücumda ittiham olunan David DePape Pelosinin San-Fransiskodakı evinə girərək onun ərinə çəkiclə hücum edib. Siyasətçi həmin vaxt evdə olmayıb.