Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Ukraynaya yeni qoşun göndərib - CNN

Rusiya Ukraynaya yeni qoşun göndərib - CNN

Tarix: 24 Yanvar 2023 13:58

Son bir neçə ay ərzində Rusiya Ukraynada cəbhə xəttini gücləndirmək üçün on minlərlə yeni hərbçi göndərib.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN-nə ABŞ-nın yüksək rütbəli hərbi nümayəndəsi bildirib.

O bildirib ki, həmin qoşunlar zəif təchiz edilib və zəif təlim keçiblər:

"Rusiya cəbhədə mövqeyini gücləndirmək üçün yeni təşkil edilmiş ordu birləşmələrini mövcud hərbçilərə əvəzedici və ya gücləndirici qismində göndərib. Bu hərbçilər əsasən Kremlin oktyabrda 300 min yeni qoşunun səfərbər olunduğunu elan etdikdən sonra döyüş meydanına göndərilib".


Etiketlər:  Rusiya Ukraynaya yeni qoşun göndərib


RƏYLƏR