Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2023 18:30
Bir müddət əvvəl müğənni Sevinc Ağaşirinova həmkarı Aysel Əlizadənin pandemiya müddətində Türkiyədə ərə gedib, boşandığını açıqlamışdı.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, Aysel haqqında yayılan məlumatlara "MTV maqazin" verilişində cavab verib.
Sənətçi bildirib ki, haqqında yayılan evlənib, boşanma xəbərlərin heç bir əsası yoxdur:
"Haqqımda xəbərlər çıxır. Məni evləndirib, boşandırırlar. Bir çox məsələləri mənim üstümə atırlar. Bacardığım qədər bu mövzularda susuram. Nə isə saqqız kimi çeynəmək lazım deyil. Babal yumaq, haqqa girmək doğru deyil. Mənimlə də bağlı bu xəbərlər yalandır! Təsdiqini tapmayan xəbərlər, gərəksiz mövzulardır. Haqq, ədalət deyilən bir şey var. Qalmaqallardan uzaq insanam. Amma qalmaqallar gəlib, məni tapır".