Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə ordusu Zapı PKK terrorçularından təmizlədi

Türkiyə ordusu Zapı PKK terrorçularından təmizlədi

Tarix: 24 Yanvar 2023 20:30

Türkiyə Silahlı Qüvvələri "Pençe-Kilit" əməliyyatı çərçivəsində İraqın Zap bölgəsini böyük ölçüdə PKK terrorçulardan təmizləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O qeyd edib ki, "Pençe-Kilit" əməliyyatı ilə İraq sərhədindəki 302 kilometrlik xətt təhlükəsiz vəziyyətə gətirilib.

"Əməliyyatda indiyədək 506 terrorçu zərərsizləşdirilib. "Pençe-Kilit" əməliyyatı çərçivəsində 600-ə yaxın mağara, sığınacaq, terrorçuların istifadə etdiyi 2 mindən çox mina və partlayıcı məhv edilib. Terrorçulara aid 1174 silah və 533 min 275 sursat ələ keçirilib", - nazir vurğulayıb.

Milli.Az


Etiketlər:  Türkiyə ordusu Zapı PKK terrorçularından təmizlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ