Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2019 08:12
Bakı. Trend:
Yaponiyada "Hagibis" qasırğasında sonra 13 prefekturada 100 minə yaxın yaşayış evi elektrik enerjisiz qalır.
Trend-in "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə, "Tokyo Electric Power" enerji kompaniyası bildirir ki, elektrik enerjisiz qalan evlərdən əksəriyyəti paytaxtda və onun yaxınlıqdakı prefekturalardadır.
Elektrik enerjisinin verilməsini həftənin ortası üçün bərpa etmək planlaşdırılır.
Bundan əlavə, çayların daşması nəticəsində Yaponiyanın şimal-şərqində bir neçə rayon su altında qalıb.
Xatırladaq ki, "Hagibis" qasırğası Yaponiya ərazisinə sentyabrın 12-si daxil olub. Qasırğa nəticəsində 33 nəfər həlak olub, 200 nəfər isə xəsarət alıb. Bundan əlavə, 19 nəfər itkin düşmüş sayılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin