Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2023 20:58
"Rep kralı" ləqəbi lə tanınan Bernard Qrin vəfat edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, uzun müddət prostat xərçəngindən əziyyət çəkən amerikalı reper Almaniyanın Visbaden şəhərində dünyasını dəyişib.
Qeyd edək ki, o,1990-cı ildə ilk "Rap To The World", bir il sonra isə Almaniya, Avstriya, Yeni Zelandiya və ABŞ-da hitə çevrilən "This Beat Is Hot" mahnısını təqdim edib. O, daha sonra "The Power of Rhythm" adlı ifası ilə yenidən öz rekordunu yeniləyib.
2000-ci illərin ortalarında Qrin musiqi fəaliyyətini dayandıraraq Almaniyada muzeydə işləməyə başlayıb.