Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2023 09:20
Həşərat sancması ingiltərəli kişinin həyata baxışını dəyişib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onun həyat hekayəsini "The Independent" paylaşıb.
Bildirilir ki, Şeffild sakini Deyv Uitford bağçada oturarkən qəfildən başgicəllənmə və ürəkbulanma hiss edib. O, xəstəxanaya gedib və qulağında həşərat dişləməsi nəticəsində infeksiya olduğunu öyrənib.
49 yaşlı kişinin vəziyyəti ağır olduğu üçün həkimlər əlavə müayinə keçiriblər, bu zaman onun beynində ölümcül təhlükəli şiş aşkar edilib.
Əməliyyatdan sonra həkimlər ona 12-18 ay ömrünün qaldığını deyiblər.
"Bunu biləndə göz yaşlarım dayanmadı. Tamamilə ümidsizliyə qapıldım", - deyə kişi bildirib.
Lakin bir müddət düşünəndən sonra həyatını indiyə qədər vaxt ayıra bilmədiyi işlərə sərf etmək qərarına gəlib.
"Qalan ömrümü ABŞ-ni səyahət etməyə və ştatları gəzməyə sərf etmək istəyirəm", - deyə Uitford bildirib.
Bundan əvvəl isə o, qohumlarını toplayaraq vidalaşmaq məqsədilə ad günü ziyafəti verib.