Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış DJ-i öldürüb zibil qutusuna atdılar - FOTO

Tanınmış DJ-i öldürüb zibil qutusuna atdılar - FOTO

Tarix: 27 Yanvar 2023 11:52

Kolumbiyada dəhşətli qətl hadisəsi olub.

Milli,Az sfera.az-a istinadən xəbər verir ki, hadisə paytaxt Boqota şəhərində baş verib. Zibil qutularının birində ölkənin məşhur DJ-i Valentina Trespalasisin meyiti aşkarlanıb.

Dərhal hüquq-mühafizə orqanları faktla bağlı əməliyyatlara başlayıb. Məlum olub ki, İnstaqramda minlərlə izləyicisi olan məşhur DJ-i sevgilisi ABŞ-ın Texas ştatından olan 3 uşaq atası Con Pauolos öldürüb. O, Panamda hava limanında, İstanbul təyyarəsinə minərkən saxlanılıb. Daha sonra Kolumbiyaya təhvil edilib.

Ancaq Paulos cinayəti narkotacir şəbəkəsi üzvlərinin törətdiyini bildirib. Onun sözlərinə görə, Kolumbiyadakı narkotacir şəbəkələrindən biri onu izlədiyi üçün ölkədən qaçıb. Sevgilisini də məhz həmin dəstə üzvləri öldürüblər.

Hazırda cinayəti törədən digər şəxslərin axtarışları davam edir.

Milli.Az


Etiketlər:  Tanınmış DJ i öldürüb zibil qutusuna atdılar FOTO


RƏYLƏR