Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırğızıstan da Azərbaycana başsağlığı verdi

Qırğızıstan da Azərbaycana başsağlığı verdi

Tarix: 27 Yanvar 2023 15:10

Qırğızıstanın Azərbaycandakı səfirliyi İrandakı səfirliyimizə terror hücumu ilə bağlı xlqlmıza başsağlığı verib.

Bu barədə Sonxeber.net-a səfirlikdən məlumat verilib.

Bəyanatda səfirliyə edilən hücum və səfirliyimizin təhlükəsizlik xidmətinin rəhbərinin öldürülməsi pislənilib. Həlak olan əməkdaş ilə bağlı Azərbaycan xalqına başsağlığı verilib. Eyni zamanda bu terror hadisəsinin hərttərəfli və dəqiq araşdırılması, günahkarların cəzalandırılmasına çağırış əks olunub.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.


Etiketlər:  Qırğızıstan Azərbaycana başsağlığı verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ