Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2023 10:10
"Yeni duetlər yazdırırıq, artıq bir neçəsi hazırdır. Bacımın kürəkəni Mirələm Mürsəlli ilə duetlər ərsəyə gətirib, ifa edirik. Elə bilirəm ki, Mürsəl öz kürəkənimdir. Artıq efirlərə onunla birlikdə gedirəm. Ona həm dəstək oluram, həm də səsimiz bir-birinə düşür, duetlərimiz yaxşı alınır. Gözəl səsli insana dəstək olmaq lazımdır. Duet oxumaq üçün mütləq şəkildə səs uyğun olmalıdır. Ya səs rəhmətlik müğənnimiz Səyyad Əlizadənin səsi kimi bəm olmalıdır ki, o bəmdən oxuyanda mən zildən oxuyum. Eyni notdan oxuyuruqsa onun da səsi çatmalıdır. Mirələmlə səsimiz bir-birinə düşür"
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib.
"Bir xanım qohumum var idi, oxumaq, tanınmaq istəyirdi. Bir dəfə rəhmətlik Səməd Səmədova dedim. Mənə dedi ki, 10 min pul ver, onu məşhur edim. Zarafatca dedim ki, çox sağ ol Səməd, məndən pul istəyirsən?! Əslində bu normaldır, amma Səməd bunu mənə deməli deyildi. Çünki o mənim qohumum idi, mən ondan necə pul ala bilərdim?! Mən nə qədər insanla duet oxumuşam, amma heç biri ilə aramızda pul söhbəti olmayıb. Mahnı xoşuma gəlib oxumuşam" deyə sənətçi bildirib.
Mənzurə Musayeva qızının ailəsindən də danışıb.
"2 yaşında bir nəvəm var. Heç vaxt qızımın ailəsini efirə çıxarmıram. Çünki onlar tamam başqa bir ailədirlər. Özləri istəmir, mən ailələrinə müdaxilə edə bilmərəm. Heç bir ailənin problem yaşamağını istəmirəm. Kürəkənim çox gözəl biridir. Mən deyərdim ki, yer üzündə bir gözəl insan varsa o da odur. 2017-ci ildən qızım onların ailəsindədir, hələ bir dəfə söz-söhbətimiz olmayıb. Qızım da mənim başımı hər zaman uca edib" deyə müğənni bildirib.