Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Elə bil yasa gediblər'' - Millimizin geyimi tənqid olundu

''Elə bil yasa gediblər'' -  Millimizin geyimi tənqid olundu

Tarix: 14 Oktyabr 2019 11:00

AFFA-nın Azərbaycan millisi üçün hazırladığı yeni geyim dəsti tənqidlə qarşılanıb.

Qol.az xəbər verir ki, futbolçuların yeni dəstinin - kostyum, köynək və ayaqqabının hamısının büsbütün qara rəngdən ibarət olması mənfi aura yaradıb.

Bu səbəbdən sosial şəbəkələrdə bu geyim tərzini ələ salanlar da olub. "Elə bil yasa gediblər" - deyə onlar bildiriblər.

Qeyd edək ki, bu geyimi futbolçularımız Macarıstanla "Avro-2020"nin səfər matçından əvvəl geyiniblər.

 


Etiketlər:  Elə yasa gediblər Millimizin geyimi tənqid olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ