Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2023 05:25
45 yaşlı ABŞ milyonçusu Brayan Conson bədəninin 18 yaşında görünməsi üçün hər il 2 milyon dollar xərcləyir.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, 400 milyon dollardan çox sərvəti olan 45 yaşlı ABŞ milyonçusu Brayan Conson həyatını və bədənini "qocalmanı tərsinə çevirməyə" həsr edib.
Conson onun hər bir orqanını yoxlayan və sınaqdan keçirən 30-dan çox tibbi mütəxəssisdən ibarət komandaya ildə 2 milyon dollar xərcləyir. Səhiyyə mütəxəssislərinin yeganə məqsədi Consonun bədənini 18 yaşlı gəncin bədəninə çevirməkdir.
Conson qrafikə uyğun olaraq səhər 5-də oyanır, gündə təxminən iki əlavə qida qəbul edir və ciddi vegan pəhrizi ilə yaşayır. Conson bağırsaqlarının 33.537 fotoşəkilinin çəkildiyini və hər şeyin izlənildiyini ifadə edib.
O, və həkimləri iddia edirlər ki, iki il ərzində onun bioloji yaşını beş il cavanlaşdırıblar. Hazırda o, 37 yaşında ürək, 28 yaşında dəri və 18 yaşlı bir gəncin ağciyər tutumuna malikdir.
Conson deyir ki, onun məqsədi beynini, qaraciyərini, böyrəklərini, dişlərini, dərisini, cinsiyyət orqanını və saçlarını 18 yaşında olduğu kimi işlətməkdir.
Conson, hər gün cəmi 1977 kalori istehlak edir. O, səhər rejimindən danışan 40 dəqiqəlik "YouTube" videosunda "Ağlım nə yemək istədiyi barədə heç vaxt məsləhətləşmir, bu mənim bədənimdir" deyib. Üzünə əvvəllər yağ vurulandan sonra allergik reaksiya versə də, bədən yağı 3 faizə düşərək ürək xəstəliyi riskini artırsa da, Conson bunun bütün prosesin bir hissəsi olduğunu irəli sürür.