Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qərb kəşfiyyatı: İran itkilərini gizlədir

Qərb kəşfiyyatı: İran itkilərini gizlədir

Tarix: 29 Yanvar 2023 19:24

Qərbin kəşfiyyatı hesab edir ki, İranın İsfahan şəhərində hərbi anbara hücumdan dəymiş ziyan Tehranın iddia etdiyindən qat-qat çoxdur.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə İsrailin "Yerusalem Post" qəzeti məlumat yayıb.

"Hadisə yerində dörd partlayış olub. Zərər İranın bildirdiyi kiçik dam zədəsindən qat-qat çoxdur. İsrail anbara hücumu şərh etməkdən imtina edir, lakin Qərb kəşfiyyat rəsmiləri bunun arxasında İsrail kəşfiyyatı MOSSAD-ın olduğunu iddia edirlər. İran hədəflərinə oxşar hücumlar 2020-ci ilin iyulunda və 2021-ci ilin aprelində Natanda, eləcə də 2021-ci ilin iyununda Kərəcdə olub",- məlumatda deyilir.


Etiketlər:  Qərb kəşfiyyatı İran itkilərini gizlədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ