Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2023 22:26
Sionist rejimlə mübarizə aparmaq və onu Fələstinə təcavüzü dayandırmağa məcbur etmək üçün yeganə yol gücdən istifadədir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf deyib.
Əlcəzairdə İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin 17-ci sessiyası çərçivəsində Əlcəzair Məclisinin sədri İbrahim Buqali ilə görüşən Qalibaf İsrailin ancaq güc dili ilə anladığı üçün bu rejimə qarşı hərəkətə keçmək lazım olduğunu bildirib:
"Sionist rejimi müsəlmanlara və islam ölkələrinin ərazilərinə qarşı təcavüzünü dayandırmağa məcbur etməliyik".