Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Rəqslərimə görə mənə dəli deyirlər"

Tarix: 31 Yanvar 2023 20:40

Xəbər verdiyimiz kimi, məşhur müğənni Britni Spirs bir neçə gün əvvəl intsaqram hesabını silmişdi.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onun üçün narahat olan pərəstişkarları hər şeyin yaxşı olduğunu dəqiqləşdirmək üçün polisdən onun evinə getməyi istəmişdilər. Fanatlarının bu addımı sənətçini qəzəbləndirib və Britni tvitter səhifəsində sevənlərini təhqir edib:

"İnstaqramı bağladım, çünki çox insan axmaq kimi göründüyümü, rəqslərimdə dəliyə bənzədiyimi yazırdı. Düzünü desəm, əlimdən gələni etdim, amma televiziyada insanların bu barədə sərbəst danışması məni narahat edirdi. Bəli, bu, mənim hisslərimi incitdi. İnstaqramımı siləndə pərəstişkarlarımım narahat olması və evimə polis göndərməsi məni şoka saldı... Bu, həqiqətən də yersiz idi... Mən pərəstişkarlarımı sevirəm, amma bunu edənlər əsl fanat deyillər. Düzünü desəm, mənə elə gəlir ki, bu, məni pis göstərməyin bir yolu idi. İndi isə xahiş edirəm, rədd olun! Mən Britniyəm və özümü qorumaq üçün oyanmışam".

Milli.Az


Etiketlər:  Rəqslərimə görə mənə dəli deyirlər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ