Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərbəst güləşçilərimiz Xorvatiyada dörd medal qazandılar

Sərbəst güləşçilərimiz Xorvatiyada dörd medal qazandılar

Tarix: 2 Fevral 2023 08:22

Sərbəst güləşçimiz Hacı Əliyev (70 kq) Xorvatiyada keçirilən "Zaqreb Open" turnirini gümüş medalla başa vurub.

Titullu idmançımız həlledici görüşdə ABŞ təmsilçisi Alek Uilyama məğlub olub.

H.Əliyev dörddəbir finalda gürcüstanlı Giorgi Eblakidzeni, yarımfinalda isə monqolustanlı Temulen Enktuyanı məğlub edib.

Hacı Əliyevlə eyni çəkidə çıxış edən Xadjimurad Qadjiyev isə hindistanlı Vişal Kaliramanı 10:0 hesabı ilə məğlub edərək bürünc medala yiyələnib.

Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl, Əli Rəhimzadə (65 kq) isə bürünc medal əldə ediblər.

Milli.Az


Etiketlər:  Sərbəst güləşçilərimiz Xorvatiyada dörd medal qazandılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ