Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2023 17:52
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 35 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 828 018 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 817 739 nəfər müalicə olunaraq sağalıb, 10 092 nəfər vəfat edib, aktiv xəstə sayı 187 nəfərdir.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 193 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 63, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 86, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 9 nəfərdir.