Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sirroz yarandısa, geri dönüş yoxdur – Həkim

Sirroz yarandısa, geri dönüş yoxdur – Həkim

Tarix: 2 Fevral 2023 22:27

Bədəndə, göz dibində sarılıq, əllərdə saralma sirrozun əlamətidir.

Əgər sirroz başladısa, vəziyyəti geri döndərmək mümkün deyil.

"Medicina" xəbər verir ki, terapevt Filipp Kuzmenko sirroz barədə maraqlı açıqlama verib.
"Spirtli içki qaraciyəri məhv edir, bunu hamı bilir. İçki içənlər dəriləri saralmayana qədər bu təhlükəni gözardı edir. Əgər saralma baş verdisə, onu artıq geri qaytarmaq mümkün deyil. Qısacası, bu artıq sondur.

Düzdür, sirroz ölümə səbəb olur, amma statistikaya görə, içki içənlər sirrozdan çox ürəyin dayanması, insult və alkoqol zəhərlənməsindən həyatını itirir.

Bəs qaraciyəri içkidən qorumaq olarmı? Olar, bir yolla - içməyi unudasız.

Sirroz simptomsuz başlayır, birinci mərhələdə ümumi narahatlıq, zəiflik, içtah azalması olur".

Qaraciyər ağrımadığı üçün ağrı artıq sirrozun irəli mərhələsində sağ qabırğaaltında sinir ağrısına bənzəyir.

Milli.Az


Etiketlər:  Sirroz yarandısa geri dönüş yoxdur Həkim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ