Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qripdən tez sağalmaq üçün nə etməliyik?

Qripdən tez sağalmaq üçün nə etməliyik?

Tarix: 3 Fevral 2023 08:27

Əgər soyuqdəymə və qripin əlamətini, yoluxduğunu ilk başda, hələ simptomlar olmadan hiss etsəniz, dərhal antivirus preparatları qəbul etmək xəstəliyin müalicəsini tezləşdirir.

Sonxeber.net "Medicina"ya istinadən xəbər verir ki, bu barədə pulmonoloq Oleq Abakumov bildirib.

"İndiki qriplə bacarmaq üçün müasir antivirus preparatlarını vaxtında içmək lazımdır.

Əgər xəstəliyin ilk dəqiqələrində hələ qızdırma qalxmadan içsəniz, qızdırma çox yüksəlməyəcək, öskürək artmayacaq, burun-boğaz axmayacaq, virus orqanizm daxilində artıb, toksin ifraz etməyəcək, yəni bədən halsız düşməyəcək. Bunun üçün Oseltamivir adlı preparat effektivdir.

Əgər quru qızdırmalı öskürək varsa, deməli, bakterial yox, virus xəstəliyidir. O zaman bu dərmanı içmək olar.

Eləcə də soyuqdəymə və qrip zamanı evdə qalıb, bol maye içmək lazımdır. İnsan tərlədikcə mikrolementlər yuyulub gedir. Ona görə, mineral balansını təmin etmək üçün bol su içmək lazımdır".


Etiketlər:  Qripdən sağalmaq üçün etməliyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ