Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Modelyer İstanbul Hava Limanında nəzarət altına alındı - FOTO

Modelyer İstanbul Hava Limanında nəzarət altına alındı - FOTO

Tarix: 3 Fevral 2023 09:20

Türkiyəli modelyer Barbaros Şansal İstanbul Hava Limanında saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, modelyer günorta saatlarında Türk Hava Yollarına (THY) məxsus təyyarə İstanbul Hava Limanına gəlib. Türkiyəyə giriş etmək üçün pasport nəzarəti məntəqəsinə gələn Şansal haqqında axtarış qərarı olduğu ortaya çıxıb.

Barbaros Şansal polis qrupları tərəfindən saxlanılaraq İstanbul Hava Limanı Polis İdarəsinə aparılıb.

Onun Türkiyə hökumətini, dövlətin ədliyyə orqanlarını, hərbi və ya polis təşkilatını açıq şəkildə təhqir etdiyi üçün barəsində axtarış qərarı olduğu qeyd edildi.

Şansalın daha sonra ədliyyəyə sövq ediləcəyi qeyd edilib.

Milli.Az


Etiketlər:  Modelyer İstanbul Hava Limanında nəzarət altına alındı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ