Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ACWA Power Azərbaycanda 1 GVt gücündə külək elektrik stansiyası tikəcək

ACWA Power Azərbaycanda 1 GVt gücündə külək elektrik stansiyası tikəcək

Tarix: 3 Fevral 2023 18:16

ACWA Power Azərbaycanda 1 GVt gücündə külək elektrik stansiyası tikəcək.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclası çərçivəsindəEnergetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında "Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi", "Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair Anlaşma Memorandumu" və "Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu" imzalanıb.

Energetika naziri Pərviz Şahbazov deyib: "Bu gündən "ACWA Power" şirkəti ilə tərəfdaşlığımız ümumi gücü 2,5 QVt olan külək elektrik stansiyaları və ölkəmizdə ilk dəfə olaraq enerji saxlanc sistemlərinin yaradılması üzrə layihələrlə genişlənir. Bu layihələr Azərbaycanın "yaşıl artım" ölkəsi və "yaşıl enerji" təchizaçısı kimi inkişafına dair dövlət siyasətinin həyata keçirilməsinə növbəti töhfələrdir. "ACWA Power" ilə birgə fəaliyyətimiz Xəzərdən Avropaya planlaşdırılan yaşıl enerji dəhlizi üçün yeni gücləri təmin etməklə bərabər, karbon emissiyalarının azaldılması, enerji keçidinin sürətləndirilməsi üçün də əhəmiyyətlidir".

Milli.Az


Etiketlər:  ACWA Power Azərbaycanda 1 GVt gücündə külək elektrik stansiyası tikəcək


RƏYLƏR