Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyaca məşhur modelyer Pako Raban vəfat etdi

Dünyaca məşhur modelyer Pako Raban vəfat etdi

Tarix: 3 Fevral 2023 18:20

Dünyaca məşhur fransız modelyer Pako Raban 88 yaşında vəfat edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, o, İspaniyada dünyasını dəyişib.

Fransisko Rabaneda-i-Kuervo (Francisco Rabaneda y Cuervo) 1934-cü il 18 fevralında İspaniyanın Bask bölgəsində yerləşən Quipuskoa əyalətinin Pasaya şəhərində anadan olub.

Pako Raban 17 yaşında Fransaya köçüb və memarlıq təhsili alıb. O, ötən əsrin 60-cı illərində moda dünyasında inqilab etmiş modelyerlərdən hesab edilir.

Xatırladaq ki, Pako Raban "Givenchy", "Dior" və "Balenciaga" kimi məşhur brendləri ilə əməkdaşlıq edib. "Paco Rabbanne" adlı moda evinin sahibi olub.


Etiketlər:  Dünyaca məşhur modelyer Pako Raban vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ