Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Evli cütlük 150 ​​pişiyin əhatəsində ölü tapılıb - FOTO

Evli cütlük 150 ​​pişiyin əhatəsində ölü tapılıb - FOTO

Tarix: 4 Fevral 2023 17:56

İngiltərədə ailəli cütlük evlərində 150 ​​pişiyin əhatəsində ölü tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, heyvanlar susuz qalıb, pis qidalanıb və xəstəliyə yoluxub. Kişi və qadının meyitləri tapılarkən ev heyvanlarının çoxu artıq ölü olub.

Heyvan hüquqları müdafiəçiləri bunun tarixdəki ən böyük heyvan xilasetmə əməliyyatı olduğunu bildiriblər.

"Bütün pişiklər yuxarı tənəffüs yolları, göz və dəri infeksiyalarından, aclıqdan, susuzluqdan əziyyət çəkirlər və təəssüf ki, bəzilərində təcili tibbi yardım tələb edən daha ciddi xəsarətlər var", - məlumatda deyilir.

Hazırda polis ər-arvadın ölümünə nəyin səbəb olduğunu öyrənir.

Milli.Az


Etiketlər:  Evli cütlük 150 pişiyin əhatəsində ölü tapılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ