Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Noyer icazəsiz müsahibəsinə görə cərimələnəcək

Noyer icazəsiz müsahibəsinə görə  cərimələnəcək

Tarix: 4 Fevral 2023 22:30

"Bavariya"nın sabiq müdafiəçisi Markus Babbel Manuel Noyerin qalmaqallı müsahibəsini şərh edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, müsahibəsində klub rəhbərliyinin Noyerin komandada olmamasından istifadə etdiyini bildirib:

"Məncə, Tapaloviçin işdən qovulma vaxtı uğursuz oldu. Daxili problemlər var idisə, niyə bunu mövsümün sonuna qədər təxirə salıb, ikinci hissəsinə diqqət yetirmədilər? Düşünürəm ki, Noyerin komandada olmamasından istifadə ediblər".

Qeyd edək ki, Manuel Noyerin Münhen klubunun qapıçılar üzrə məşqçisi Toni Tapaloviçin qovulması ilə bağlı verdiyi müsahibə qalmaqala səbəb olub. Belə ki, o, "Bavariya" rəhbərliyinin Tapaloviçi qovmaq qərarını tənqid etmişdi. Qapıçı müsahibəsini klubla razılaşdırılmadan verdiyi üçün onu ən azı cərimə gözləyir.

Milli.Az


Etiketlər:  Noyer icazəsiz müsahibəsinə görə cərimələnəcək


RƏYLƏR