Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2023 11:58
Bu gün baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə məktəblərində bir həftəlik tətil elan edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay zəlzələ ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, tətilin uzadılıb-uzadılmayacağı müzakirə olunur.
Qeyd edək ki, səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib.