Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saakaşvili həbsdə qaldı - Məhkəmə qərarı

Saakaşvili həbsdə qaldı - Məhkəmə qərarı

Tarix: 6 Fevral 2023 23:00

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması və ya azad edilməsi ilə bağlı vəsatəti təmin etməyib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu gün təxminən 2 ay davam edən məhkəmə dinləmələrinin sonuncu iclası keçirilib. Hakim Giorgi Arevadze Mixeil Saakaşvilinin həbsdə saxlanılmasına qərar verib.

Mixeil Saakaşvili iclasdan sonra etdiyi "Facebook" paylaşımında məhkəmənin qərarını özünün "ölüm hökmü" adlandırıb və ölümcül xəstəliklərlə həbsdə saxlanılacağını qeyd edib.


Etiketlər:  Saakaşvili həbsdə qaldı Məhkəmə qərarı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ